Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib


Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı konkisürən Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Federasiya 13 yaşlı idmançının Azərbaycanı təmsil etməsi ilə bağlı işlərə start verildiyini təsdiqləyib:

"Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib. Lakin onun Azərbaycanı təmsil edəcəyi ilə bağlı rəsmi icazə məktubu Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən hələ ki bizə təqdim olunmayıb. Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən Azərbaycan Qış İdman Növləri Federasiyasına müvafiq rəsmi təsdiq məktubu təqdim edildikdən sonra bununla bağlı idman ictimaiyyətinə məlumat veriləcək".

Xatırladaq ki, Aleksandr Plyuşenko fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur. A.Plyuşenko atası ilə birlikdə buz şoularında iştirak edir. O, 2017-ci ildən "Plyuşenkonun mələkləri" akademiyasında məşğul olur.

Oxşar xəbərlər

Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı idmançının milliyə buraxılmamasına münasibət bildirib
Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında gümüş medal qazanıb
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu vəfat edib
Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər