"Selta" 38 yaşlı Yaqo Aspasla müqavilənin müddətini uzadıb
sizinxeber.az xəbər saytı

"Selta" 38 yaşlı Yaqo Aspasla müqavilənin müddətini uzadıb


İspaniyanın "Selta" klubu hücumçusu Yaqo Aspasla müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu daha 1 mövsüm komandanın uğurları üçün çalışacaq.

Təcrübəli oyunçunun karyerasını başa vurduqdan sonra klubun strukturunda fəaliyyətə başlayacağı bildirilib.

Qeyd edək ki, "Selta"nın yetirməsi olan Yaqo Aspas klub tarixində ən çox qol vuran və oyun keçirən futbolçudur.

Oxşar xəbərlər

Yaqo Aspas "Selta"nın tarixində ən çox oyun keçirən ikinci futbolçu olub
La Liqa təmsilçisi klub tarixinin ən yaxşı bombardiri ilə müqavilə müddətini uzadıb
"Ayaks" Van der Vartla müqavilənin müddətini uzadıb
"Real" klubu itki ilə üzləşib
PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər