Məhkəmə Ekspertizası Mərkəzində doktoranturaya sənəd qəbulu başlayıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına qəbul”un təsdiq edilməsi haqqında 14 may 2026-cı il tarixli, 320s nömrəli Sərəncamına əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:
|
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Cəmi |
Büdcə hesabına | |
| əyani | qiyabi | |||
| 5611.01 | Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ
| 4 | - | 4 |
| 5612.01 | Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti
| 4 | - | 4 |
Qeyd edilib ki, doktoranturaya sənəd qəbulu 2026-cı il may ayının 19-dan iyun ayının 9-dək Elm və Təhsil Nazirliyinin portal.edu.az sistemi üzərindən aparılacaq. Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçməlidirlər:
"Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında namizədlərin qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılması haqqında qərar qəbul edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Təhsilalanlara düşən illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
DİM olimpiada, beynəlxalq müsabiqə və yarış qaliblərinə çağırış edib
Məktəbəhazırlıq qruplarında üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
DİM ali məktəblərə tələbə qəbulu qaydalarında dəyişikliklərlə bağlı məlumat yayıb
Təhsilin bir pilləsindən digərinə keçid zamanı ixtisasın uyğunluğuna dair tələblər təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
