Ursula fon der Lyayen: Avropa İttifaqı öz təhlükəsizliyinə investisiyaları artırmalıdır
Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralından Ukraynaya ümumilikdə 134 milyard avro (140 milyard dollar) məbləğində maliyyə və hərbi yardım göstərib.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib.
"Bu, digər hər hansı ölkənin töhfəsindən daha çoxdur. Bunun 52 milyard dolları hərbi yardımdır. Biz ABŞ ilə birlikdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdik. Ukrayna ilə Aİ-yə üzvlük üzərində işləyirik, çünki onların gələcəyi burda, Avropadadır", - o bildirib.
Avropa Komissiyasının prezidenti əlavə edib ki, Aİ Ukraynada ədalətli sülhə nail olmaq və Avropanın təhlükəsizliyini təmin etmək istəyir: "Avropanın təhlükəsizliyinə gəldikdə, bu prosesə daha çox töhfə verməliyik. Buna nail olmaq üçün müdafiə xərclərimizə yenidən baxmalıyıq".
Oxşar xəbərlər
Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula fon der Lyayen: Ukraynanın Aİ-yə inteqrasiyası səylərimizin mərkəzindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula fon der Leyen: Aİ Ukraynaya 130 milyard avro yardım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













