Mərakeş rəsmisi: "Son 2 ildə 100 mindən çox ailə mənzillə bağlı birbaşa yardım alıb"
Mərakeşdə son 2 ildə 100 mindən çox ailəyə mənzil təminatı ilə birbaşa maliyyə yardımı ayrılıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyi yanında Milli Mənzil Şurasının baş katibi Fatna Şihab Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Mərakeşdə yeni şəhərsalma gündəliyinin qəbulundan keçən 10 il ərzində əldə olunan irəliləyişə nəzər salmaq, görülən işlərin miqyasını ölçməyə imkan verir: "Mərakəş, xüsusilə yeni inkişaf modeli və qabaqcıl regionalizasiya islahatları vasitəsilə dayanıqlılığı və ərazi bərabərliyini öz baxışının mərkəzinə qoyub. Konkret təsirlər baxımından, ölkədə yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi yaşayış siyasətimizdə tarixi bir paradiqma dəyişikliyi ilə əlamətdar olub. Mənzil yardımı proqramı ilə krallıq, tikinti şirkətlərinə edilən dolayı dəstəkdən ailələrə birbaşa maliyyə yardımına keçib".
Qonaq əlavə edib ki, artıq 2 il ərzində 100 mindən çox ailə, o cümlədən 46 %-i qadınlar olmaqla, bundan faydalanıb: "Bununla yanaşı, şəhərsalma xidmətlərinin rəqəmsallaşdırılması gündəliyin tələb etdiyi şəffaflığı və çevikliyi təmin etib. Eyni zamanda, 3 800 kənd yaşayış məntəqəsini şəhərsalma sənədləri ilə əhatə etmək üçün görülən tarixi səylər kənd-şəhər davamlılığını daha yaxşı idarə etməyə imkan verib. Həmçinin, tramvay şəbəkələrinin genişləndirilməsi və yüksək xidmət səviyyəli avtobusların tətbiqi ilə dayanıqlı mobilliyə keçidi qeyd etmək lazımdır ki, bu da ölkənin karbonsuz və əlçatan nəqliyyat öhdəliyini reallaşdırıb".
Oxşar xəbərlər
Yussef Hosni: Mərakeş 2030-cu ilədək gecəqonduları ləğv etmək niyyətindədir
Tinatin Kolbaia: Şəhərsalma və mənzil siyasəti "vahid çətir" altında ola bilər
UN-Habitat: Ölkələr milli mənzil siyasətlərini yeniləməlidir
Mərakeş rəsmisi: "Təbiətə əsaslanan həllərə ekoloji müdaxilə kimi baxılmamalıdır"
UN-Habitat: Yeni strateji planda əsas diqqət mənzil, torpaq və baza xidmətlərinə yönəldiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
