İsrail Livan sərhədi yaxınlığındakı sahil zolağını bağlayıb
sizinxeber.az xəbər saytı

İsrail Livan sərhədi yaxınlığındakı sahil zolağını bağlayıb


İsrail Müdafiə Qüvvələri (İMQ) Livan sərhədi yaxınlığındakı sahil zolağında qapalı hərbi zona rejiminin tətbiq edildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, hərbi zona rejimi sərhədyanı Roş-a-Nikra yaşayış məntəqəsindən Axziv milli parkına qədər olan sahil xəttinə şamil edilir. Sözügedən sahənin uzunluğu təxminən 5 km təşkil edir.

Rəsmi bəyanatda qeyd olunur ki, qərar "vəziyyətin qiymətləndirilməsinin yekunlarına əsasən" qəbul edilib. Bundan sonra qeyd olunan əraziyə giriş tamamilə qadağandır.

"İsrail Müdafiə Qüvvələri bu ərazinin müdafiəsinə hazır vəziyyətdə qalır", - ordu əlavə izahat vermədən qeyd edib.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb ki, Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılacaq.

Oxşar xəbərlər

Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
İsrail Livanın cənubundakı raket qurğularının məhv edildiyini açıqlayıb
Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər