UN-Habitat-ın mütəxəssisi: Afrikada əhalinin yarıdan çoxu qeyri-rəsmi məskənlərdə ömür sürür
Afrikada əhalinin yarıdan çoxu qeyri-rəsmi məskənlərdə ömür sürür.
"Sizinxeber.az" xəbər verir ki, bunu UN-Habitat-ın Afrika üzrə Regional Ofisində proqram idarəetmə mütəxəssisi Ceyn Lumumba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının "Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Afrikada əhalinin təxminən 5%-i ipoteka kreditlərindən yararlana bilir, qalan böyük əksəriyyət isə qeyri-qanuni və ya qeyri-rəsmi yaşayış məskənlərində yaşamaq məcburiyyətində qalır:
"Bu, insanların seçimi deyil, mövcud rəsmi mənzil ekosisteminin tələblərə cavab verməməsinin nəticəsidir. Beləliklə, qitə əhalisinin yarıdan çoxu qeyri-rəsmi məskənlərdə ömür sürür. Bu vəziyyət sistemdə ciddi bir tələb siqnalının olduğunu göstərir. İnsanlar könüllü olaraq qeyri-rəsmi məskənlər salmırlar, sadəcə olaraq, rəsmi mənzil bazarı lazımi sürətlə və uyğun qiymətə torpaq, maliyyə və xidmət təklif edə bilmirlər".
O vurğulayıb ki, bundan başqa, Afrikada iqlim problemi də mövcuddur:
"Afrika şəhərləri iqlim risklərinin mərkəzinə çevrilib və bu, qitənin bütün subregionlarında aydın görünür. Əgər biz iqlimə davamlı mənzil və şəhər infrastrukturu qurmaq istəyiriksə, tikinti metodlarımızı dəyişməliyik".
Oxşar xəbərlər
Anqola nümayəndəsi: "Qeyri-rəsmi yaşayış məntəqələri Ruandada şəhər ərazilərinin 75%-ni əhatə edir"
Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"
UN-Habitat: Qeyri-rəsmi məskunlaşma aradan qaldırılmalı, yeni evlər tikməlidilər
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
Enn Vambui: Qeyri-rəsmi yaşayış məskənləri iqlim dəyişikliyindən ən çox zərər görən ərazilərdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
