Fransanın Seneqaldakı hərbi mövcudluğu tam başa çatır
sizinxeber.az xəbər saytı

Fransanın Seneqaldakı hərbi mövcudluğu tam başa çatır


Fransa Afrikada hərbi mövcudluğunu azaltmağa davam edir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyinin bəyanatında deyilir.

Açıqlamaya əsasən, Fransa Seneqala daha bir bazanı təhvil verib və iyul ayının sonuna qədər öz qoşunlarını ölkə ərazisindən çıxaracaq.

"Fransa Seneqala Rufiskdə (Dakarın yaxınlığında - red.) yerləşən ortaq yayım stansiyasını təhvil verib. Stansiya 1960-cı ildən etibarən Atlantik okeanının cənub sahilində rabitəni təmin edir", - bəyanatda qeyd olunur.

Açıqlamaya əsasən, qalan hərbi obyektlər ayın sonunadək boşaldılacaq.

Fransa artıq Mareşal, Sent-Ekzüperi və Kontr-Amiral-Prote bazalarını tərk edib.

AFP-nin məlumatına görə, Dakar və ətrafındakı bazalarda 162 nəfər çalışır. Subpodratçılar da nəzərə alınsa, bu rəqəm 500-ə çatır.

Fransanın Afrikada hərbi mövcudluğunun azaldılması prosesi artıq bir neçə ildir davam edir.

Oxşar xəbərlər

Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib
Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başlayıb
Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb
Le Figaro: Fransanın son hərbçiləri Çadı tərk ediblər
KİV: Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər