Ağsuda ağır qəza, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağsuda ağır qəza, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb - YENİLƏNİB


Ağsuda baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, “BYD” markalı 77-NO-925 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayının qoruyucu daş-beton bəndinə çırpılıb. Avtomobil daha sonra bir neçə dəfə yuvarlanaraq Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində ölüb.

Digər iki sərnişin; 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

***

08:51

Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb.

Daha sonra nəqliyyat vasitəsi aralıda yerləşən çay yatağına düşüb. Hadisə zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində ölüb.

Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kürdəmirdə ağır qəza baş verib, ölən və yaralanan var
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var
Ağsuda ağır yol qəzasında 8 nəfər xəsarət alıb
Ağsuda iki avtomobil toqquşub, ölən var - YENİLƏNİB
Kürdəmirdə yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər