Rossbax: WUF13 bizə daha güclü addımlar üçün imkan yaradır
WUF13 bizə daha dərin əməkdaşlıq və daha güclü addımlar üçün imkan yaradır.
Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
O, gənclərin qarşısına çıxan problemlərdən danışıb.
“Həyata yeni addım atan, universitetə daxil olan, daha sonra iş axtarmağa başlayan gənclər var. Onlar yaşayış üçün ev axtarırlar və birdən anlayırlar ki, nə kirayə, nə də ev almaq üçün kifayət qədər imkanları var. Nəticədə onlar nə öz işlərini qura bilir, nə də təhsillərinə lazımi diqqət ayıra bilirlər. Bu vəziyyət bizə göstərir ki, bu insanların yaşadığı hissləri anlamaq və problemin aktuallığını dərk etmək çox vacibdir. UN-Habitat olaraq biz bu məsələnin əhəmiyyətini yaxşı anlayırıq və bir sıra təşəbbüslər həyata keçirmişik. Xüsusilə qadınlarla bağlı xüsusi təlimatlarımız, “Gənclər 2030” baxışı sənədimiz, uşaqlarla bağlı şəhərlərin tərəfdaşlığı platforması və gənclərin inkişafına yönəlmiş digər proqramlarımız mövcuddur”, - Rossbax qeyd edib.
Oxşar xəbərlər
Rossbax: Problemlər gənclərə öz həyatlarını qurmağa ciddi çətinliklər yaradır
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
UN-Habitat-ın icraçı direktoru: Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
Anaklaudia Rossbax: Su ehtiyatlarının idarəsində sərhədləri aşan əməkdaşlıq vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
