Krasnodarda Ukraynanın PUA hücumundan sonra neft emalı zavodu yanır
Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın cənubunda ən iri neft emalı zavodlarından birinə zərbə endirildiyini bildirib.
APA xəbər verir ki, Baş Qərargahın məlumatına görə, iyunun 2-nə keçən gecə Krasnodar diyarında İlsk Neft Emalı Zavodu vurulub və müəssisədə yanğın baş verib.
Baş Qərargah qeyd edib ki, zavod Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynayır.
Məlumatda mayın 31-də həyata keçirilən digər zərbələrin nəticələri də açıqlanıb. Bildirilib ki, “Neptun” qanadlı raketləri ilə Novoşaxtinsk Neft Emalı Zavodunda iki, Saratov Neft Emalı Zavodunda isə bir ilkin neft emalı qurğusu məhv edilib.
Ukrayna tərəfi həmçinin Krımda Vidnoye yaşayış məntəqəsində “Pantsir-S1” zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb. Mejvodnoye yaxınlığında isə Rusiya hərbi gəmisinin vurulduğu bildirilib.
Bundan başqa, Kirov vilayətində yerləşən “Lazaryevo” neft nəqli infrastrukturu obyektində iki böyük yanacaq rezervuarının və nasos stansiyalarının zədələndiyi qeyd olunub.
Ukrayna Baş Qərargahı Donetsk vilayətinin Şaxtarsk şəhərində pilotsuz uçuş aparatları anbarının, həmçinin Belqorod, Zaporojye və Xerson istiqamətlərində dron idarəetmə məntəqələrinin məhv edildiyini də açıqlayıb.
Açıqlamada Donetsk, Dnepropetrovsk və Kursk vilayətlərində Rusiyanın canlı qüvvə cəmləşmələrinin də hədəfə alındığı vurğulanıb.
Oxşar xəbərlər
İranda Abadan neft emalı zavodunda yanğın olub
Rusiyada daha bir neft emalı zavodu vuruldu
Volqoqradda neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib
Madyar: Neft emalı zavodunda partlayış baş verib, ölən və yaralananlar var
İranın neft emalı zavodunda partlayış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
