Təhlükəsizlik məsələləri üzrə Beynəlxalq Forum keçirilib
Rusiya Federasiyasının Moskva vilayətində I Beynəlxalq Təhlükəsizlik Forumu keçirilib.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasından APA-ya verilən xəbərə görə, TŞ katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Dünyanın 145 ölkəsinin, 14 müxtəlif beynəlxalq təşkilatın və 4500 nümayəndənin təmsilçiliyi ilə keçirilən üçgünlük Forum çərçivəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş müxtəlif tematik elmi-praktik konfranslar, “dəyirmi masa”lar, brifinqlər, təqdimatlar və sərgilər təşkil olunub.
“Çoxqütblü dünya düzəninin formalaşdırılması şəraitində beynəlxalq təhlükəsizliyə çağırış və təhdidlər” mövzusuna həsr olunan və Forumun əsas tədbiri sayılan - “Təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək səviyyəli nümayəndələrin XIV beynəlxalq görüşü”ndə Azərbaycan nümayəndə heyətinin rəhbərinin çıxışı dinlənilib.
Çıxışda bu gün dünyada baş verən mürəkkəb proseslər fonunda sürətlə artan yeni çağırış və təhdidlərin beynəlxalq təhlükəsizliyə və sabitliyə mənfi təsiri, bununla əlaqədar dünya birliyinin birgə səylərinin gücləndiriməsinin vacibliyi diqqətə çatdırılmışdır. R.Usubov Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi həssas coğrafi ərazidə yerləşən Azərbaycan Respublikasının bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışıb.
Nümayəndə heyətinin iştirak etdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə təhlükəsizliyin təmini sahəsində əlaqələrin gücləndirilməsi, əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Təhlükəsizlik məsələləri üzrə 13-cü beynəlxalq görüş keçirilib
Azərbaycan və Özbəkistan Təhlükəsizlik şuralarının ikinci məsləhətləşmələri keçirilib
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir
NATO nümayəndə heyəti ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
Konqoda balina ovlayan qayıq qayaya çırpılıb, 11 nəfər həlak olub
