Azərbaycanda "Açıq sığorta modeli" tətbiq ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda "Açıq sığorta modeli" tətbiq ediləcək


2030-cu ilə qədər Azərbaycanda "Açıq sığorta modeli"nin tətbiq edilməsi nəzərdə tutulur.

"Sizinxeber.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, bu çərçivədə ilkin olaraq maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi, sonra isə müvafiq hüquqi bazanın formalaşdırılması və son nəticədə isə sığorta şirkətlərinin azı 50 %-nin açıq sığorta modeli tətbiq etməsi planlaşdırılır.

Həmçinin 2030-cu ilə qədər mikrosığorta bazarının yaradılması və inkişaf etdirilməsi hədəflənir. İlkin olaraq mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi, eləcə də tənzimləmə və lisenziyalaşdırma üzrə tələblərin müəyyən edilməsi və mikrosığorta modelinin tətbiqinə başlanılması planlaşdırılır.

Oxşar xəbərlər

Azərbaycanda adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
"Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı"nın məqsədləri açıqlanıb
Azərbaycanda yerli kredit reytinqi mexanizmi yaradılacaq
Azərbaycan bank hesabı olan vətəndaşların xüsusi çəkisini 85 %-ə çatdıracaq
İSB: 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər