İsrail Ordusu Beyrutun cənubundakı sakinləri təxliyə olunmağa çağırıb
İsrail Ordusu "Hizbullah"a qarşıdakı zərbələrlə əlaqədar Beyrutun cənubundakı rayonun sakinləri evləri tərk etməyə çağırıb.
"Report"un məlumatına görə, bu barədə İsrail Ordusunun nümayəndəsi Avixay Adrai "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Müdafiə Ordusu Dahiya rayonunun sakinlərini xəbərdar edir və onları təhlükəsizlikləri üçün təxliyə olunmağa çağırır", - o yazıb.
A.Adrainin sözlərinə görə, əgər "Hizbullah" İsrailin şəhər və qəsəbələrinə raket atmağa davam etsə, İsrail Ordusu Dahiyanın cənubudakı hədəflərə zərbə endirməklə cavab verəcək.
ABŞ Prezidenti Donald Tramp daha sonra bildirib ki, İsrail və radikal "Hizbullah" hərəkatı hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
Oxşar xəbərlər
İsrail Ordusu Beyruta yeni zərbələr endirməyi planlaşdırır
İsrail ordusu Beyrutun cənubundakı bir neçə bölgənin sakinlərini evakuasiyaya çağırıb
İsrail Ordusu Beyrutun cənubundakı sakinlərə hava hücumu barədə xəbərdarlıq edib
İsrail Beyrutun ətrafındakı rayonun sakinlərini təcili təxliyəyə çağırıb
İsrail Qəzza sakinlərinin bir hissəsinin təxliyəsinə çağırış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

