Azərbaycan millisinin baş məşqçisi: "Heç-heçəni çox pis nəticə hesab edirəm"
Heç-heçəni çox pis nəticə hesab edirəm.
"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis heç-heçə etdikləri görüş barədə danışıb:
"Meydançaya qələbə qazanmaq üçün çıxmışdıq. Oyuna da yaxşı start vermişdik. Matçın gedişində 100 faizlik qol epizodunu boşa verdik. Daha sonra rəqib komanda üstünlüyü ələ aldı. Biz də hesabı öz xeyrimizə dəyişmək üçün qapıçını meydan oyunçusu ilə əvəzlədik. Təəssüf ki, öz səhvimizdən qol buraxdıq. Baxmayaraq ki, hesabı bərabərləşdirə bildik. Amma nəticəni çox pis hesab edirəm".
Qeyd edək ki, Azərbaycan – Yunanıstan oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın futzal millisinin üzvü: "İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq"
Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsindəki rəqibləri qarşılaşıb
Azərbaycan millisinin baş məşqçisi: "Komandalar arasında səviyyə fərqi açıq seçilirdi"
Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq”
Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final seriyasıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
