İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada Bülbülün ev-muzeyində olublar
sizinxeber.az xəbər saytı

İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada Bülbülün ev-muzeyində olublar


Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar.

"Sizinxeber.az" xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib.

Bildirib ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.

Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi burada saxlanılır.

Oxşar xəbərlər

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Prezident və Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Xarici diplomatlar Bülbülün ev-muzeyində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər