Azərbaycanın futzal millisinin üzvü: "İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq"
İsveçlə oyunda iki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin üzvü Ülvi Əliyev AVRO-2026-nın əsas mərhələsində qarşılaşdıqları İsveçlə oyunla bağlı fikirlərini bölüşərkən deyib.
Ü.Əliyev Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında azarkeşlərə təşəkkür edib:
“İsveçlə oyunda bizə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Zalda gözəl atmosfer yaratmışdılar, gücümüzə güc qatdılar. Oyuna gəldikdə, meydana çıxan hər birimiz əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq. İki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük. Ancaq son saniyəyə qədər oyun ritmini saxladıq, intizamı qoruduq, inandıq, mübarizə apardıq, xarakter göstərdik və bunun nəticəsi olaraq final fitinə 2 saniyə qalmış bərabərlik qolunu vurduq. Xüsusilə ikinci hissədə daha çox qol epizodu yaratdıq. Təəssüf ki, epizodları realizə edə bilmədik. Halbuki qələbə layiq idik. Məncə, başlanğıc üçün 1 xal da pis nəticə deyil.
Futzalçı, qarşıya qoyulan məqsədlərdən də danışıb:
"Hazırda milli yenidən formalaşdırılır. Buna baxmayaraq, qarşımıza mümkün qədər çox xal toplamaq və üst sıralarda qərarlaşmaq tapşırığı qoyulub. Baş məşqçimiz Vitali Borisov da nələrə diqqət etməli olduğumuzu hər zaman başa salır. Ümid edirəm ki, yekunda istəyimizə çatacağıq”.
Qeyd edək ki, Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycan futzal millisinin heyətində dəyişiklik olub
AVRO-2026: Azərbaycanın futzal millisinin oyunlarının tarixi açıqlanıb
Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlanıb
Azərbaycan millisinin üzvü: AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik
Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












