Azərbaycan millisinin baş məşqçisi: "Komandalar arasında səviyyə fərqi açıq seçilirdi"
Komandalar arasında səviyyə fərqi açıq seçilirdi.
"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov deyib.
Mətbuat xidmətinə açıqlama verən mütəxəssis yığmanın AVRO-2026-nın əsas mərhələsində Xorvatiyaya qarşı keçirdikləri oyun barəsində danışıb:
“Komandalar arasında səviyyə fərqi açıq seçilirdi. 9 qoldan 6-nı səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən.
İlk dəqiqələrdən “5-in 4-də” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir.
Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində Xorvatiyaya 2:9 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın baş məşqçisi: Komandalar arasında səviyyə fərqi aşkar görünürdü
NTD-nin baş məşqçisi: “Sabah”la matç bizim üçün böyük bir dərs olmalıdır"
Azərbaycan futzal millisinin sabiq üzvü: “İsveç səviyyə baxımından bizə uyğun rəqibdir”
Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
DÇ-2026: Portuqaliya Özbəkistan qarşısında fərqi artırıb - YENİLƏNİR-2
