Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının ikinci mərhələsində bizi ciddi rəqiblər gözləyir”
Avropa çempionatının ikinci mərhələsində bizi ciddi rəqiblər gözləyir
Bunu “Report”a açıqlamasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin oyunlarına hazırlıq üçün Belarusa təlim-məşq toplanışına yollanacaq Azərbaycanın qadınlardan ibarət U-19 millisinin baş məşqçisi Həbib Ağayev deyib.
Komanda hazırlıq müddətində Belarus yığması ilə iki yoldaşlıq görüşü keçirəcək. Mütəxəssis rəqib seçimini izah edib:
“Yanvarın 27-dən 29-na kimi Bakıda təlim-məşq toplanışı keçəcəyik. Bu müddətdə “Neftçi”nin qızlardan ibarət komandası ilə görüşəcəyik. Məqsədimiz hazırda komandanın hansı durumda olduğunu müəyyənləşdirməkdir. Daha sonra Belarusa yollanacağıq. Fevralın 2-də və 5-də Belarus yığmasına qarşı oynayacağıq. Fevralda Avropa çempionatının ikinci mərhələsində Albaniya, Şimali İrlandiya və Monteneqro ilə qarşılaşacağıq. Ona görə də daha çox atletik futbol oynayan komanda seçmişik ki, boşluqları müəyyənləşdirək. Bu gün hansısa zəif milliyə qarşı oynamağın mənası yoxdur. Çünki qarşıda bizi ciddi rəqiblər gözləyir”.
Mütəxəssis heyətdəki yeniliklərlə bağlı sualı cavablandırıb:
“Dəvət etdiyimiz futbolçular Azərbaycan çempionatında çıxış edirlər. Yalnız Türkiyədə oynayan Aydan Əkbərova bizə qoşulacaq. Bu yaş qrupunda kənardan dəvət edə biləcəyimiz başqa legioner yoxdur. Demək olar ki, heyətdə dəyişiklik yoxdur. Yalnız “Sumqayıt”dan dəvət etdiyimiz yarımmüdafiəçi Mədinə Qədiməliyeva yenidir”.
O, Avropa çempionatının ikinci mərhələsində qarşılaşacaqları rəqibləri təhlil etdiklərini bildirib:
“Rəqiblərin hər biri güclü, qadın futbolunda sözlərini demiş komandadır. Təbii ki, çətin olacaq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Matçlara yaxşı köklənmək və mübarizə aparmaq istəyirik. Yekun nəticə barədə indi nəsə demək çətindir”.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: Hansı mütəxəssis heyətdə yaxşı futbolçu görmək istəməz?
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib
Azərbaycan millisinin baş məşqçisi: "Belarus yığması gücün və sürətin hesabına bizi üstələdi"
Azərbaycan millisinin baş məşqçisi: "Elit-raunda vəsiqə qazanmaq istəyirik"
Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
