Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb


Energetika naziri Pərviz Şahbazovla Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka arasında görüş keçirilib.

"APA-Economics" xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. Neft - qaz tədarükü, SOCAR-ın Rumıniyada geniş fəaliyyəti karbohidrogen sektorunda yüksək əməkdaşlığın göstəriciləri kimi qeyd edilib.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin isə bu əməkdaşlığı elektrik enerjisi sahəsi ilə daha da möhkəmləndirəcəyi bildirilib. Marius-Qabriel Lazurka bu layihənin təkcə ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyi və dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını deyərək bildirib ki, Azərbaycan bu təşəbbüs çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir.

Görüşdə layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinin yaxın zamanda təqdim ediləcəyi bildirilib. Qeyd olunub ki, “Yaşıl Enerji Dəhlizi” həm Azərbaycan kimi istehsalçı ölkələr, həm də Rumıniya, Macarıstan və digər Mərkəzi və Şərqi Avropa ölkələri üçün uzunmüddətli iqtisadi və enerji baxımından faydalar yaradacaq.

Görüşdə, həmçinin Rumıniyanın enerji sahəsində həyata keçirdiyi yeniliklər nəzərdən keçirilib və perspektiv əməkdaşlıq imkanları dəyərləndirilib.

Oxşar xəbərlər

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi"ni müzakirə edib - YENİLƏNİB
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
Azərbaycan Rumıniya və Bolqarıstanla qaz-enerji məsələlərini müzakirə edib
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Nazirlər Görüşü keçirilib
Azərbaycanla ABŞ arasında enerji tərəfdaşlığının perspektivləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər