"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır
sizinxeber.az xəbər saytı

"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır


"Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"ın güclü rəqib olduğunu bildirib:

"Rəqib komandanın futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlara qarşı mübarizə çətin olacaq. Ötən mövsüm UEFA Avropa Liqasında "Bayer 04" (Almaniya) klubuna çətin anlar yaşatdılar. "Ludoqorets"lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır. Rəqibin hücum xəttində çox yaxşı oyunçuları var. Müdafiədə necə çıxış edəcəklərini isə görəcəyik".

Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Linkoln"un baş məşqçisi: Bizi çox çətin qarşılaşma gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: Sabahkı matçda çox diqqətli olmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər