Marselo Byelsa: "Kabo Verde ilə matçda intensivliyin aşağı düşməsinə imkan verməli deyildik"
sizinxeber.az xəbər saytı

Marselo Byelsa: "Kabo Verde ilə matçda intensivliyin aşağı düşməsinə imkan verməli deyildik"


Uruqvay millisi Kabo Verde ilə matçda intensivliyin aşağı düşməsinə imkan verməli deyildi.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Marselo Byelsa Kabo Verdeyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis bərabərə başa çatan görüşü şərh edib:

"Yaxşı müdafiə olunduğumuz vaxtlarda hesabda önə keçmək imkanı yarandı. Lakin oyuna nəzarəti itirdiyimiz anlarda rəqib üstünlüyü ələ keçirməyə başladı. Nəticəyə təsir edən əsas amil oyunun intensivliyinin aşağı düşməsi oldu və buna yol verməməli idik".

Qeyd edək ki, Uruqvay - Kabo Verde matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Oxşar xəbərlər

DÇ-2026: Uruqvay-Kabo-Verde qarşılaşmasında qalib müəyyənləşməyib
Kevin Pina Uruqvay - Kabo Verde duelinin ən yaxşı futbolçusu olub
Kabo Verdenin baş məşqçisi Bubista: "Əldə etdiyimiz nəticədən məmnun qalmağa haqqımız çatır"
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab açılıb - YENİLƏNİR
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda ilk hissə başa çatıb - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər