"Qarabağ"ın baş məşqçisi: Sabahkı matçda çox diqqətli olmalıyıq
Sabah çox diqqətli olmalıyıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis pley-off mərhələsində potensial rəqibləri olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu haqqında qısa danışıb: "İstənilən püşkatmaya normal yanaşmışam. Bu turnirdəki hər komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. İlk olaraq hazırkı rəqibi düşünürük. Sabahkı oyunda üstünlük bizi aldatmamalıdır. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Bizə favorit gözü ilə baxırlarsa belə, reaksiya verməli deyilik".
Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: Çox vacib matça çıxacağıq
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu
"Qarabağ" - "Ludoqorets" matçına 20 mindən çox bilet satılıb
"Qarabağ"ın baş məşqçisi: Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik
Çempionlar Liqası: "Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













