"Ludoqorets"in baş məşqçisi:  "Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur
sizinxeber.az xəbər saytı

"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur


Qətiyyətlə deyə bilərəm ki, "Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdur.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis Ağdam təmsilçisinin ciddi rəqib olduğunu bildirib: "Bizim də heyətimiz genişdir. Bernard Tekbetey zədəli olsa da, digər futbolçularla mübarizə aparacağıq. Rəqib komandanın oyunçularını indi daha yaxşı tanıyırıq. Onlar çox rahat oynaya bilir və qol vurmağı bacarırlar".

Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.

Oxşar xəbərlər

"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" artıq beynəlxalq yarışlarda öz sözünü deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 mindən çox bilet satılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: "Ludoqorets"in ən üstün cəhəti standart vəziyyətlərdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər