Boliviya HHQ-yə aid təyyarə qəzaya uğrayıb, altı nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Boliviya HHQ-yə aid təyyarə qəzaya uğrayıb, altı nəfər həlak olub


Boliviya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki altı nəfərin hamısı həlak olub.

"Report" xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"İlkin məlumatlara görə, hava gəmisinin göyərtəsində olan altı nəfərin hamısının - dörd hərbi qulluqçunun və iki mülki şəxsin həlak olduğu təsdiqlənib", - paylaşımda qeyd olunub.

Bildirilib ki, hava gəmisi El-Alto Beynəlxalq Hava Limanından havaya qalxıb və Koçabambaya doğru istiqamət alıb. Bir müddət sonra təyyarə ilə əlaqə kəsilib, bununla əlaqədar INCERFA həyəcan siqnalı aktivləşdirilib və təcili yardım göstərilməsi protokolları işə salınıb. Sonradan qəzaya uğramış təyyarənin qalıqlarını Serro-Sayari ərazisində aşkar etmək mümkün olub.

Aviasiya İnsidentlərinin Araşdırılması Komissiyası baş vermiş faciənin şəraitini və səbəblərini müəyyən etmək məqsədilə artıq işə başlayıb.

Yerli media qeyd edir ki, təyyarə paytaxt La-Pas və Koçabamba şəhərini birləşdirən bloklanmış avtomagistralın üzərində havadan patrul xidməti həyata keçirib. Boliviya artıq 50 gündən çoxdur, ölkə iqtisadiyyatının işində ciddi fasilələrə səbəb olmuş yolların blokadaya alınması ilə bağlı irimiqyaslı böhran yaşayır. Ölkə prezidenti Rodriqo Pas ümummilli səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Oxşar xəbərlər

Cənubi Koreyada təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqləndi
Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub - YENİLƏNİB
Cənubi Koreyada qəzaya uğrayan təyyarənin göyərtəsində olan dörd nəfərin meyiti tapılıb - YENİLƏNİB-2
Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 38 nəfər həlak olub - YENİLƏNİB-3
Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı həlak olub - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər