Pərvanə Vəliyeva: Ermənistan sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır
Ermənistan sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı, "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva Koalisiyanın Ermənistanda "Liderlər təbiət naminə" devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına təşkilatın müraciəti ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən Kür və Araz çaylarına çirkab suları axıdılırsa, Azərbaycan da bundan təsirlənir:
"BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2026-cı ilin aprel ayında işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyanın araşdırma hesabatında da məhz Oxçuçayın tullantılarla çirkləndiyi faktı qeyd olunub. Hazırda sülh gündəliyi müzakirədədir. Bu konteksdə transsərhəd çaylarının çirkləndirilməsi ilə bağlı müzakirələr aparılmalıdır".
Deputat qeyd edib ki, Ermənistan və sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır:
" Ermənistan həm işğaldan azad olan ərazilərdə, həm də Azərbaycanla sərhəddə yerləşən ərazilərdə olan dağ-mədən sənayesi işlərini diqqətdə saxlamalıdır. Ermənistanın iqtisadi inkişafı regionun su ehtiyatlarının, ekosisteminin məhv edilməsi hesabına həyata keçirilməməlidir və bütün bunlar nəzərə alınmalıdır".
O bildirib ki, Ermənistan BMT-nin İqtisadi Komissiyasının "Su Konvensiyası"na da bu günə qədər imza atmayıb və tərəf olmayıb:
" Bu da o deməkdir ki, Ermənistan transsərhəd çayların ekosistemi ilə bağlı narahatlıq keçirir və ona görə bu sahədə heç bir hesabatlılıq sənədinə imza atmır".
YENİLƏNİR
Oxşar xəbərlər
Kamran Əliyev: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir
İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır
Ermənistan tərəfi Azərbaycanla sərhəddə yerləşən çayları çirkləndirdiyi haqqında adekvat reaksiya verməyib - RƏY
"Environmental protection first": Ermənistan bir sıra konvensiyaların tələblərini ciddi şəkildə pozmaqda davam edir
“Environmental protection first": Ermənistanda ekologiyaya zərər vuran şirkətlərin beynəlxalq tərəfdaşları var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
