Azərbaycan və Yunanıstan dövlət xidmətləri sahəsində əməkdaşlığı genişləndirməyi müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Yunanıstan dövlət xidmətləri sahəsində əməkdaşlığı genişləndirməyi müzakirə edib


Yunanıstanın Azərbaycandakı səfiri Mariya K.Papakonstantinu "ASAN xidmət"in sədri Ülvi Mehdiyevlə görüşüb, tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Bakıdakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.

"Görüş zamanı əsas diqqət vətəndaşlara "bir pəncərə" prinsipi üzrə xidmət göstərilməsinə dair uğurlu Azərbaycan modelinin təqdimatına ayrılıb. Azərbaycan tərəfi Yunanıstanla münasibətlərin, o cümlədən rəqəmsallaşma sahəsində əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu ifadə edib", - məlumatda qeyd olunub.

Əməkdaşlığa dair perspektivlərin müzakirəsi üçün Azərbaycan və Yunanıstanın səlahiyyətli orqanları arasında videokonfransın keçirilməsi gözlənilir.

Oxşar xəbərlər

Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
Yunanıstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Sahibə Qafarova Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Yunanıstanla maliyyə sektorunda əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər