Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah çox ciddi rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".
Q.Qurbanov III təsnifat mərhələsində qalib gəldikləri "Ludoqorets" (Bolqarıstan) komandası ilə "Dinamo" kollektivlərinin fərqli rəqiblər olduğunu söyləyib:
"Xorvatlar daha təcrübəlidirlər. Nəticə qazanmaq üçün maksimum əllərindən gələni edirlər. Elə bir mərhələdəyik ki, komandamız özünü daha da yaxşı hiss edir və oyundan-oyuna hazırlıqlarını bir qədər də artırırlar. Biz hər dəfə mərhələ adladıqca qarşımıza daha ciddi rəqib çıxır. Bu da həyəcan və məsuliyyətin artmasına səbəb olur".
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Oxşar xəbərlər
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah"ın futbolçusu: Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Çox vacib matça çıxacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Ludoqorets”lə oyun sanki triller idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












