Koşta: Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb
Avropa Şurasının sədri Antonio Koşta bildirib ki, Avropa İttifaqı Rusiya ilə danışıqlar üçün hələ münasib vaxtın yetişdiyini düşünmür, lakin Moskva ilə birbaşa diplomatik kanalların yaradılmasını vacib hesab edir.
Sizinxeber.az xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
“Təəssüf ki, Rusiya ilə danışıqlar üçün hələ uyğun vaxt yetişməyib. Lakin biz dərhal birbaşa diplomatik kanal yaratmalıyıq. Çünki onları dinləməli və onlarla danışmalıyıq”, – deyə Koşta bildirib.
Onun sözlərinə görə, Aİ liderlərinin hamısı gələcək danışıqlar masasında Avropa İttifaqının təmsil olunmalı olduğunu deyir.
“Əgər Aİ danışıqlar masasında oturmalıdırsa, onda danışmağa indidən başlamalıyıq”, – deyə Avropa Şurasının sədri vurğulayıb.
Koşta əlavə edib ki, Avropa İttifaqının maraqlarını yalnız Aİ institutları təmsil edə bilər.
Oxşar xəbərlər
Koşta Trampın mövqeyi barədə: Yalnız Ukrayna öz gələcəyi ilə bağlı danışıqlar apara bilər
Antonio Koşta Prezident İlham Əliyevə zəng edib
Koşta: Aİ Ermənistanla əməkdaşlığı dərinləşdirir və Ukraynaya dəstəyi davam etdirəcək
Antonio Koşta: Aİ-nin gələcək üzvü kimi Ukrayna ilə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Aİ lideri Antonio Koşta Azərbaycan Prezidentinə zəng edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
