Qətər millisinin baş məşqçisi Yulen Lopeteqi: "Komandamla fəxr edirəm"
Futbol üzrə Qətər millisinin baş məşqçisi Yulen Lopeteqi komandası ilə fəxr edir.
"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu mütəxəssis özü DÇ-2026-da İsveçrəyə qarşı keçirilən oyundan sonra mətbuat konfransında bildirib.
O, heç-heçə başa çatan qarşılaşmadan danışıb:
"Komandamla fəxr edirəm. Oyundan əvvəl futbolçularıma demişdim ki, xal qazanmasaq belə, bu gün meydanda nümayiş etdirdikləri əzmkarlıq və intizamla fəxr edəcəyəm. Xoşbəxtlikdən, qolumuzu vurduq və hər şey yaxşı yekunlaşdı. Bu gün bir qədər də şans yanımızda idi. Amma həyatda və idmanda şans qazanmaq üçün əvvəlcə inanmalı və çox çalışmalısan. Buna görə də futbolçularım adına çox sevinirəm".
Qeyd edək ki, Qətər - İsveçrə oyunu 1:1 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
Mahir Emreli: "Komandamla fəxr edirəm"
İsveçrə millisinin baş məşqçisi Murat Yakın: "Əziyyətinin qarşılığını ala bilməmək acıvericidir"
Azərbaycan millisinin baş məşqçisi: "Heç-heçəni çox pis nəticə hesab edirəm"
İspaniyalı mütəxəssis Qətər futbol millisinin baş məşqçisi təyin olunub
"Qarabağ"ın prezidenti: "Komandamla fəxr edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Bu gün Azərbaycanda “Son zəng”dir
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
