Prokurorun və DİN-in inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarı psixiatriya müayinəsi üçün əsas olacaq
sizinxeber.az xəbər saytı

Prokurorun və DİN-in inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarı psixiatriya müayinəsi üçün əsas olacaq


“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılması və bu sahədə qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

“Beləliklə, qanun layihəsində psixi pozuntusu olan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda, həmin şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan müayinəyə aparılmasına dair prokurorun və Daxili İşlər Nazirliyinin inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarının psixiatriya müayinəsinin aparılması üçün əsaslardan biri kimi müəyyən edilməsi təklif olunur”, – deyə Adil Vəliyev qeyd edib.

Oxşar xəbərlər

Respublika Psixiatriya Xəstəxanasında yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Deputat: İlkin səhiyyə xidmətinin gücləndirilməsi aktual olaraq qalır
Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır
Ermənistanda iki pasiyent psixiatriya klinikasından qaçıb
DİN 1 saylı Psixiatriya xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı görüntülərə münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər