"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi olub
sizinxeber.az xəbər saytı

"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi olub


"Neftçi SOCAR" klubu 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsinin qalibi olub.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

"Neftçi SOCAR" 1/4 finalda İspaniya millisinə 20:14, yarımfinalda Niderlandın "Amsterdam" klubuna 17:13 hesabları ilə qalib gələrək finala vəsiqə qazanıb.

Finalda ev sahibi Fransa yığması ilə üz-üzə gələn təmsilçimiz gərgin mübarizənin yekununda 21:20 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.

Oxşar xəbərlər

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub
Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb
Azərbaycan Basketbol Liqasında ikinci finalçı bəlli olub
Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər