Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
sizinxeber.az xəbər saytı

Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir


Almaniya Kansleri Fridrix Merz İsrail və Livan arasında münaqişənin daha da genişlənməsi ehtimalından narahatlığını ifadə edib və bildirib ki, İsrail Yaxın Şərqdə gərginliyin əsas mənbəyinə çevrilməməlidir.

Merz bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekunları ilə bağlı ARD telekanalına müsahibəsində danışıb.

“İsrailin təhlükəsizlik maraqlarını anlayışla qarşılayırıq. Lakin bu, bütöv bir qonşu dövlətin sabitliyini pozacaq həddə çatmamalıdır. Bu, sammit iştirakçılarının yekdil mövqeyi idi”, – deyə Almaniya kansleri bildirib.

Merz həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-İran razılaşmasını pozmaq niyyətində olması ilə bağlı narahatlıq keçirmədiyini bildirib. Bununla belə, o, Livandakı vəziyyətin G7 liderlərinin əsas müzakirə mövzularından biri olduğunu vurğulayıb.

“Biz bütün tərəfləri, o cümlədən İsrail hökumətini regiondakı qarşıdurmaları azaltmağa və münaqişəyə son qoymağa çağırdıq”, – deyə Merz qeyd edib.

Kansler əlavə edib ki, İsrail gərginliyi artıran tərəf deyil, əksinə, münaqişənin dayandırılması istiqamətində fəal rol oynayan tərəf olmalıdır.

Merz eyni zamanda ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının yaxın günlərdə yenidən gəmiçilik üçün açılacağı ilə bağlı açıqlamalarını nikbin qiymətləndirib. Onun sözlərinə görə, mövcud məlumatlara əsasən boğaz yaxın günlərdə tam şəkildə və heç bir ödəniş tətbiq edilmədən fəaliyyətini bərpa edə bilər.

Oxşar xəbərlər

Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib
Tramp: Merz İranın nüvə silahına malik olmasını məqbul sayır
Merz: Rusiyanın Ukraynada qalib gəlmək şansı yoxdur
Merz: AES-lərin yenidən işə salınması enerji problemini həll etməyəcək
İranla danışıqları bərpa etmək istəyirik - Merz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər