DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
sizinxeber.az xəbər saytı

DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib


DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Apasport.az xəbər verir ki, K qrupunda Portuqaliya millisi Konqo DR-lə qarşılaşıb.

Görüşə Bakı vaxtı ilə iyunun 17-də saat 21:00-da start verilib.

Portuqaliya oyuna qolla başlayıb. 6-cı dəqiqədə Netonun ötürməsindən sonra 1.74-lük Joao Neveş topu başla qapıdan keçirib.

İlk hissənin sonlarında Konqo DR hesabı bərabərləşdirib. Masuakunun məhsuldar ötürməsindən sonra Vissa başla dəqiq oynayıb.

Oyunda başqa qol vurulmayıb və görüş 1:1-lik bərabərliklə başa çatıb.

Bu qarşılaşma K qrupunun ilk turu çərçivəsində baş tutur. Qrupun digər oyununda isə Özbəkistan Kolumbiya ilə üz-üzə gələcək.

DÇ-2026
K qrupu
17 iyun

21:00. Portuqaliya – Konqo DR 1:1

Qol: J. Neveş, 6, Vissa, 45+5

Portuqaliya: Diogo Kosta, Kanselo, Arauxo, Veyqa, Nunu Mendeş, Joao Neveş, Vitinya, Bernardo Silva, Bruno Fernandeş, Pedro Neto, Kriştiano Ronaldo.

DR Konqo: Mpasi-Nzau, Masuaku, Kapuadi, Tuanzebe, Mbemba, Van-Bissaka, Kayembe, Mukau, Moutoussami, Vissa, Bakambu.

Oxşar xəbərlər

DÇ-2026: Niderland- Yaponiya 2:2
DÇ-2026: Portuqaliya - Konqo oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - YENİLƏNİR-2
DÇ-2026: Portuqaliya - Konqo oyununda hesab açılıb - YENİLƏNİR
DÇ-2026: Portuqaliya - Konqo oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-4
DÇ-2026: Portuqaliya - Konqo oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər