İbrahim Kalın: ABŞ və İran arasında danışıqların nəticəsini təmkinlə gözləyirik
sizinxeber.az xəbər saytı

İbrahim Kalın: ABŞ və İran arasında danışıqların nəticəsini təmkinlə gözləyirik


“Dünən axşam Amerika Birləşmiş Ştatları ilə İran arasında razılaşmanın əldə olunmasına dair xəbərlər hamımız tərəfindən məmnunluqla qarşılandı. Amma təmkinli gözlənti içindəyik".

Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın sosial media hesabında paylaşım edib.

O bildirib ki, qarşıdakı mərhələdə əsas məsələlərin müzakirə olunacağı çətin danışıqlar prosesi gözlənilir.

"Qarşıdakı mərhələdə danışıqlarda əsas məsələlərin müzakirə ediləcəyi, mübahisə olunacağı və razılaşdırılacağı çətin bir proses olacaq”, – deyə Kalın qeyd edib.

MİT rəhbəri bu prosesə dəstək verən ölkələrə təşəkkür edib.

“Başda Pakistan və Qətər olmaqla, bu məsələdə qətiyyət nümayiş etdirən bütün ölkələri və liderlərini təbrik edirik. Ümid edirik ki, bundan sonrakı mərhələ sülhün qurulmasına xidmət edəcək və Yaxın Şərqdə davamlı sülhün təmin olunması üçün mühüm addım olacaq”, – deyə o vurğulayıb.

Oxşar xəbərlər

İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
İbrahim Kalın HƏMAS-ın Siyasi Büro liderləri ilə görüşüb
Hakan Fidan, Yaşar Gülər ​​və İbrahim Kalın Suriyaya gedib
İbrahim Kalın və HAMAS heyəti Qəzzada atəşkəsi müzakirə edib
Türkiyə və Suriya prezidentləri arasında görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər