Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"
sizinxeber.az xəbər saytı

Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"


Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan üzv və müşahidəçi dövlətlərin ümumi iqtisadi potensialı artım göstərsə də, təşkilat çərçivəsində ticarət və iqtisadi münasibətlər hələ ki, real imkanlardan xeyli geridə qalmaqdadır.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu TDT-nın Baş katibinin müavini Merey Mukajan "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu"nda bildirib.

O qeyd edib ki, türk dövlətlərinin qlobal iqtisadi sistemdə daha möhkəm yer tutması üçün iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi böyük önəm kəsb edir.

"Rəqabət qurumları bu prosesdə əhəmiyyətli rol oynayır. Səmərəli rəqabət siyasəti innovasiyaların həvəsləndirilməsinə, məhsuldarlığın yüksəldilməsinə, investisiya axınının gücləndirilməsinə və istehlakçı hüquqlarının müdafiəsinə xidmət edir", - M. Mukajan bildirib.

O vurğulayıb ki, TDT məkanında iqtisadiyyatın modernləşdirilməsi, rəqəmsal əlaqələrin möhkəmləndirilməsi və innovasiyaların dəstəklənməsi əsas prioritet istiqamətlərdən biri kimi qalmaqdadır.

"İqtisadi modernləşmə və rəqəmsal bağlantılar regional gündəmin mərkəzində olmalıdır. İqtisadi əməkdaşlıq bu il Türkiyədə təşkil ediləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə toplantısının başlıca mövzularından birini təşkil edəcək. Təşkilat daha inteqrasiya olunmuş və perspektivə yönəlmiş maliyyə ekosisteminin yaradılması istiqamətində ardıcıl addımlar atmağa davam edir. Bu prosesdə rəqabət qurumlarının dəstəyi və təcrübəsi xüsusi önəm daşıyır. Regional rəqabət siyasəti çərçivəsinin hazırlanması üzv dövlətlərin siyasətlərinin harmonizasiyasına və transsərhəd problemlərin aradan qaldırılmasına töhfə verə bilər", - TDT-nın Baş katibinin müavini qeyd edib.

Oxşar xəbərlər

Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər