Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb
sizinxeber.az xəbər saytı

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb


Livanda İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 3 756-ya yüksəlib, 11 632 nəfər xəsarət alıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Qurumun məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda və şərqində "Hizbullah"ın obyektlərinin yerləşdiyi yaşayış məntəqələrinə hücumları davam etdirir.

Vurğulanıb ki, son 48 saat ərzində həmin regionlarda 45 nəfər həlak olub və 149 şəxs yaralanıb.

Qeyd olunub ki, intensiv bombardmanlara məruz qalan Nəbatiyyə şəhərində və onun ətrafında xilasetmə işləri davam edir və günün sonuna qədər qurbanların və xəsarət alanların sayı arta bilər.

Oxşar xəbərlər

İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 3 100 nəfəri ötüb
Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 3 200 nəfəri ötüb
Livan Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölənlərin sayı 2 800-ə yaxınlaşır
İsrailin hücumları nəticəsində Livanda son sutkada 24 nəfər ölüb
Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı artaraq 3 500-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər