Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"
sizinxeber.az xəbər saytı

Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"


Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə matçda hücumdakı kəskinliyini itirib.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Roberto Martines Konqoya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:

"Oyuna çox yaxşı başladıq. Hesabda irəli çıxmaq üçün yaxşı məqamlarımız oldu. Düşünürəm ki, hücumdakı kəskinliyimizi bir qədər itirdik, topa nəzarətdə əvvəlki axıcılığı qoruya bilmədik və rəqibə müdafiə xəttini yenidən formalaşdırmaq imkanı verdik.

Buraxdığımız qoldan sonra rəqibin özünəinamı artdı. Ancaq dünya çempionatlarında belə hallar baş verir. Komandanın nümayiş etdirdiyi oyundan çox razıyam. Futbolçular son dəqiqəyədək mübarizə apardılar. Bu oyundan çıxaracağımız çox dərs var".

Qeyd edək ki, Portuqaliya - Konqo oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oxşar xəbərlər

Portuqaliya - Konqo matçının ən yaxşı futbolçusu açıqlanıb
Portuqaliya - Konqo Demokratik Respublikası matçının ən yaxşı futbolçusu açıqlanıb
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
DÇ-2026: Portuqaliya - Konqo oyununda hesab açılıb - YENİLƏNİR
Azərbaycan millisinin baş məşqçisi: Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər