Amin Əl-saadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"
sizinxeber.az xəbər saytı

Amin Əl-saadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"


Yaxın illərdə halal məhsullara tələbatın artması və halal prinsipi ilə işləyən sahələrin sayının genişlənməsi bu sferanın inkişafının əsas hərəkətverici qüvvələri olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Halal Products Development Company"nin investisiyalar üzrə direktoru Amin Əl-saadi İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsində halal iqtisadiyyatın inkişafına həsr olunmuş forumda bildirib.

Onun sözlərinə görə, müsəlman əhalisinin sayının artması halal məhsullara tələbatın çoxalmasına təkan verir: "Bununla belə, halal sənaye artıq yalnız qida məhsulları və İslam maliyyəsi ilə məhdudlaşmır, həmçinin turizm, moda sənayesi və digər istiqamətləri də əhatə edir".

A.Əl-saadi qeyd edib ki, halal sənayesi tədricən yalnız məhsulların sertifikatlaşdırılmasına əsaslanan modeldən ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini özündə ehtiva edən daha geniş yanaşmaya keçir: "Bu gün istehlakçılar halal sertifikatlaşdırmanı minimal standart kimi qəbul edir və istehsalçılardan yüksək keyfiyyət göstəricilərinə uyğunlaşma gözləyirlər".

Oxşar xəbərlər

Malayziyanın keçmiş naziri: "Halal sənayesi qlobal biznes istiqamətinə çevrilib"
Rektor: Halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”
Vüsal Qasımlı: “Qlobal halal iqtisadiyyatın həcmi 2030-cu ilə qədər 5 trilyon dollara çatacaq”
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər