Azərbaycan gimnastı: "Dünya Kubokunda ardıcıl ikinci dəfə medal qazandığımız üçün şadıq"
sizinxeber.az xəbər saytı

Azərbaycan gimnastı: "Dünya Kubokunda ardıcıl ikinci dəfə medal qazandığımız üçün şadıq"


Komanda olaraq Dünya Kubokunda ardıcıl ikinci dəfə ölkəmizə medal qazandırdığımız üçün çox şadıq.

Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycanın batut gimnastı Əli Niftəliyev deyib.

Selcan Mahsudova ilə birlikdə İtaliyanın Riççone şəhərində keçirilən Dünya Kubokunda qarışıq sinxron proqram üzrə bürünc mükafat əldə edən idmançı yarışla bağlı fikirlərini bölüşüb:

"Çətin kombinasiya hazırlayırdıq, amma tam hazır olmadığım üçün Bakıdakı performansı təkrarlamalı oldum. Bu isə bizə bürünc medal qazandırdı".

Selcan Mahsudova öz növbəsində turnirə ciddi hazırlaşdıqlarını vurğulayıb:

"Fərdi çıxışda da medal şansım var idi. Finala düşmədiyimə görə çox heyifsləndim. Lakin sinxron proqram üzrə qələbə şansımızın olması məni motivasiya etdi. Çətin mübarizə idi, amma inanırdım ki, qalib gələcəyik. Nəhayət, bürünc medal qazandıq. Bakıdakı nəticəmizi burda da təkrarladıq".

Oxşar xəbərlər

Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı: "Los-Ancelesdə keçiriləcək olimpiadanın qalibi olmaq istəyirəm"
Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
Azərbaycanın idmançıları Dünya Kubokunda iki bürünc medal qazanıblar
Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları açıqlanıb
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər