FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin və Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təşkilatçılığı ilə 9-12 iyun tarixlərində Salyan şəhərində taktiki-xüsusi təlim keçirilib.
FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, təlimə FHN-in Muğan Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Həmçinin, təlimdə Nazirliyin regionda fəaliyyət göstərən müvafiq struktur bölmələri iştirak edib.
Təlimin keçirilməsində məqsəd komandir-rəis heyətinin idarəetmə və koordinasiya bacarıqlarını artırmaq, həmçinin şəxsi heyəti irimiqyaslı fövqəladə hallarda müasir texniki alət və vasitələrdən, eləcə də xilasetmə üsullarından istifadə etməklə tapşırıqları yerinə yetirməyə hazırlamaqdan ibarət olub.
Təlimə hazırlıq məqsədilə keçirilən məşğələlərdə humanitar əməliyyatlarda iştirakla bağlı çıxışlar təqdim edilib. Çıxışlarda dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı sayəsində Fövqəladə Hallar Nazirliyinin xilasetmə bölmələrinin təkcə ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda fəlakətlərin nəticələrinin aradan qaldırılmasında və humanitar missiyalarda çevik fəaliyyət göstərmək potensialına malik olduğu xüsusi vurğulanıb. Həmçinin, Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda əldə etdiyi zəngin təcrübə auditoriya ilə bölüşülüb, müvafiq tövsiyələr verilib. Bununla yanaşı, məşğələnin proqramına uyğun olaraq, BMT-nin INSARAG Katibliyinin təlimatları çərçivəsində idarəetmə, koordinasiya və logistika standartları üzrə təqdimatlar edilib. İştirakçılara “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)” və “INSARAG Koordinasiya və İdarəetmə Sistemi (ICMS)”nin tətbiqi, eləcə də humanitar əməliyyatlarda medianın rolu barədə ətraflı izahat verilib. Təlim zamanı iştirakçılara “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)” və “Qəbuletmə–yolasalma Məntəqəsi (RDC)”nin fəaliyyət qaydaları barədə nəzəri məlumatlar verilib, eləcə də beynəlxalq qaydalara uyğun “Əməliyyatlar bazası”nın (BoO) qurulması, fəaliyyət sahələri və sənədləşməsi, humanitar əməliyyatlarda istifadə olunan qabaqcıl axtarış-xilasetmə vasitələrinin və peyk-rabitə sistemlərinin texniki imkanları praktiki şəkildə nümayiş etdirilib.
Təlimin praktiki hissəsi Muğan regionuna “davamlı olaraq bir neçə gün yağan yağış” nəticəsində şərti olaraq baş vermiş subasma və Salyan şəhərində fəaliyyət göstərən tikinti şirkətinin inzibati binasında “dağıntı ilə nəticələnən qəza hadisəsinin” nəticələrinin aradan qaldırılması ssenarisi üzrə keçirilib. Axtarış-xilasetmə, mühəndis və kimya-radiasiya üzrə mütəxəssislər tərəfindən pilotsuz uçuş aparatı, akustik axtarış avadanlıqları, radiasiya və kimya axtarış cihazlarından və termal kameralardan istifadə olunmaqla xüsusi kəşfiyyat tədbirləri aparılaraq əməliyyat şəraiti qiymətləndirilib və “xəsarət alanların” yeri müəyyən olunub. Sonra xilasedicilər tərəfindən müasir avadanlıqlar tətbiq edilməklə “dağıntılar altından və hündürlükdən xilasetmə, yanğınsöndürmə, kimyəvi qəzanın ləğvi və zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi” kimi tapşırıqlar peşəkarlıqla yerinə yetirilib.
Uğurla keçilirən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimin sonunda nəzəri və praktiki mərhələlərin gedişi şəxsi heyətlə geniş müzakirə olunub, əməliyyatların nəticələri təhlil edilib və müvafiq qiymətləndirmələr aparılıb.
Oxşar xəbərlər
FHN Şimal regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
FHN Şimal regionunda taktiki-xüsusi təlim keçirib
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib - VİDEO - FOTO
FHN Xəzər dənizində təlim keçirib - VİDEO
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
Pezeşkian: İran regionda yeni şərait yarada bilər
