Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 39 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 95,2 milyon manat vəsait daxil olub.
"Sizinxeber.az" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8 % çoxdur.
5 ay ərzində qurum 27 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 467 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 246-sı qeyri-yaşayış, 1 748-i torpaq sahələri üzrə olmaqla 1 994 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 13,8 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 23,3 % çox - 22,2 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-may aylarında özəlləşdirmə və icarəən büdcəyə ümumilikdə 117,4 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 35,6 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar 85 %-ə yaxın artıb
Azərbaycanda dövlət əmlakları ilə bağlı icarə müqavilərinin sayı 21 % artıb
ƏMDX yeni icarə müqavilələrinin bağlanılmasını 21 % artırıb
Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 8 % azalıb
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 3 dəfəyə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
