AZAL: Bakı-Şımkent reysi ticarət-iqtisadi və humanitar əlaqələri gücləndirəcək
sizinxeber.az xəbər saytı

AZAL: Bakı-Şımkent reysi ticarət-iqtisadi və humanitar əlaqələri gücləndirəcək


Bakı və Şımkent arasında yeni reysin istifadəyə verilməsi daşımalara artan tələbatı qarşılayacaq, ticarət-iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

"Sizinxeber.az"un Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Onun sözlərinə görə, Şımkent sakinləri təkcə Azərbaycana deyil, həm də AZAL-ın geniş beynəlxalq marşrut şəbəkəsinə rahat çıxış əldə edəcəklər: "Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə həyata keçirilən rahat transferlər sayəsində sərnişinlər Avropa, Yaxın Şərq, Türkiyə və MDB ölkələrinin şəhərlərinə rahat şəkildə səyahət edə biləcəklər. Azərbaycan və Qazaxıstan arasında hava əlaqələrinin genişləndirilməsi hər zaman həm dövlət qurumlarının, həm də hər iki ölkənin işgüzar dairələrinin diqqət mərkəzində olub. İnanıram ki, yeni reysin istifadəyə verilməsi daşımalara olan artan tələbatı qarşılayacaq, ticarət-iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə kömək edəcək və Azərbaycan-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı yolunda daha bir praktiki addım olacaq".

AZAL rəsmisi əlavə edib ki, aviaşirkət öz növbəsində Qazaxıstanda marşrut şəbəkəsini genişləndirmək istiqamətində işini davam etdirəcək: "Ümid edirəm ki, yaxın gələcəkdə biz ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq yeni istiqamətlərin açılışını elan edə biləcəyik".

Oxşar xəbərlər

Cəmil Manizadə: "Bakı-Şımkent aviareysi dostluq və əməkdaşlıq rəmzi olacaq"
AZAL: Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Vladimir Denisov: "Bakı və Şımkent arasında əməkdaşlığın çox böyük perspektivlər var"
AZAL Bakıdan Şımkentə reys açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər