Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib


İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B. Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.

Oxşar xəbərlər

Elm və təhsil naziri Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak edib
Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO
Emin Əmrullayev Hacıqabulda “Son zəng” tədbirində iştirak edib
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Emin Əmrullayev: Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər