Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB


Quba rayonunda aktiv sürüşmə prosesi nəticəsində avtomobil yolunda yaranan çöküntü nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Sizinxeber.az-nın Şimal bürosunun məlumatına görə, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb. Nəticədə Yuxarı Tüləkəran, Möhüc, Yenikənd, Əski İqrığ və ətraf ərazilərdə yerləşən ümumilikdə 6 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində problemlər yaranıb.

Sürüşmə nəticəsində yol infrastrukturu ilə yanaşı, bəzi elektrik dirəklərinə də ziyan dəyib.

Rayon Fövqəladə Hallar Komissiyasından Sizinxeber.az-nın Şimal bürosuna bildirilib ki, əraziyə baxış keçirilib və vəziyyət nəzarətdə saxlanılır. Məlumata görə, kəndlərin nəqliyyat əlaqəsinin bərpası məqsədilə hazırda müvəqqəti alternativ yol təşkil olunub və nəqliyyat vasitələrinin hərəkəti həmin istiqamət üzrə təmin edilir.

Qeyd olunub ki, ərazidə vəziyyətin qiymətləndirilməsi və yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

***

13.23

Quba rayonunda avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Sizinxeber.az-nın Şimal bürosunun məlumatına görə, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb.

Yolun sözügedən hissəsində yaranan çöküntü səbəbindən hər iki istiqamətdə avtomobillərin keçidində məhdudiyyət yaranıb.

Marşrut boyu ümumilikdə 7 fərqli ərazidə çökmə qeydə alınıb.

Oxşar xəbərlər

Qubada yolun asfalt örtüyü çöküb - FOTO
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Qubada körpü qəzalı vəziyyətə düşüb, 60-dan çox kəndə gediş-gəliş çətinləşib
Göygöldə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
Qubada minik avtomobilləri toqquşub: ölən və yaralananlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər