IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib.
Sizinxeber.az xəbər verir ki, proqramın təqdimatı zamanı İslam İnkişaf Bankının (İİB) Qlobal Təcrübələr və Tərəfdaşlıqlar üzrə Baş Direktoru İssa Faye bildirib ki, təşəbbüs İslam İnkişaf Bankının Kuala-Lumpurdakı Mükəmməllik Mərkəzi, INCEIF Universiteti və “Bank Negara Malaysia” ilə əməkdaşlıq çərçivəsində yaradılıb.
O qeyd edib ki, qlobal islam iqtisadiyyatının əsas məqsədi inteqrasiya olunmuş islam maliyyəsi və iqtisadi mexanizmləri vasitəsilə üzv ölkələrdə iqtisadi inkişafı sürətləndirməkdir:
“Bu tərəfdaşlıq çərçivəsində maliyyə sektoru, mərkəzi banklar və kapital bazarlarında fəaliyyət göstərən orta karyera mərhələsindəki mütəxəssislər üçün islam iqtisadiyyatı sahəsində strateji mentorluq və praktiki tədqiqat imkanları yaradılacaq”.
Oxşar xəbərlər
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb - FOTO
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir
Samer Elesavi: "Azərbaycan regional halal iqtisadiyyatının əsas oyunçusuna çevrilə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
Pezeşkian: İran regionda yeni şərait yarada bilər
