Anar Kərimov: "Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq"
sizinxeber.az xəbər saytı

Anar Kərimov: "Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq"


Azərbaycan halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində bildirib.

Onun sözlərinə görə, halal iqtisadiyyatın gələcəyi təkcə ayrı-ayrı bazarların inkişafından deyil, ölkələr, bizneslər, investorlar və yeni imkanlar arasında güclü əlaqələrin qurulmasından asılıdır: "Eyni zamanda, etik prinsiplərlə iqtisadi artım arasında balansın təmin edilməsi bu sahənin dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. Bu məqsədə nail olunarsa, halal iqtisadiyyat regional inteqrasiyanın, ortaq rifahın və davamlı inkişafın mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər. Azərbaycan, o cümlədən Maliyyə Nazirliyi bu baxışın reallaşdırılması istiqamətində bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır. Birgə səylərlə daha güclü bazarlar formalaşdırmaq və daha möhkəm tərəfdaşlıqlar qurmaq mümkündür".

Oxşar xəbərlər

Nazir müavini: "Azərbaycan halal iqtisadiyyat və regional inteqrasiyanı paralel inkişaf etdirir"
Samer Elesavi: "Azərbaycan regional halal iqtisadiyyatının əsas oyunçusuna çevrilə bilər"
Amin Əl-saadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"
Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər