Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları açıqlanıb
22-23 fevralda Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda çıxış edəcək Azərbaycan idmançıları bəlli olub.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ölkəni qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova və "Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi"nin I yeri Şəfiqə Hümbətova, kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edəcək. Yarışda ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcək.
Tamblinq üzrə yarışda isə komanda hesabında Dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında I yer qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qalibi Aleksey Karataşov təmsil edəcək.
Qeyd edək ki, yarışda 16 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub
Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Azərbaycana gələcək
Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar
Azərbaycan gimnastları Portuqaliyada keçirilən dünya çempionatının qalibi olub
Azərbaycan gimnastları Almaniyada iki qızıl medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












