Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib
sizinxeber.az xəbər saytı

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib


Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Kommersant" Kanadanın Xarici İşlər Nazirliyinin məlumatına istinadən məlumat yayıb.

Sanksiyalar 7 fiziki və 34 hüquqi şəxsə, o cümlədən Rusiyanın "kölgə donanması"nın 120 gəmisinə qarşı tətbiq edilib.

Eyni zamanda, sanksiya siyahısına Moskva Birjası, Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjası, Sankt-Peterburq Valyuta Birjası, Milli Əmtəə Birjası, "Grinex" kriptobirjası və bir neçə bank daxil edilib.

Bundan əlavə, Kanada Qırğızıstandan iki, Birləşmiş Ərəb Əmirliklərindən iki, Vyetnam və Yeni Zelandiyadan isə hərəsindən bir şirkətə qarşı sanksiyalar tətbiq edib.

Daha əvvəl Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaları 43 maddə ilə genişləndirildiyini elan edib.

Oxşar xəbərlər

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Britaniya Rusiyaya sanksiyalardan yayınmağa kömək etmiş 5 təşkilata sanksiya tətbiq edib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər