Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib
sizinxeber.az xəbər saytı

Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib


Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

"Report"un məlumatına görə, görüşdə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətinə dair ətraflı məlumat verilib və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılıb.

D.Bağçalı TÜRKPA-ya xüsusi önəm verdiklərini və qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında, parlamentlər arasında əməkdaşlığın yeni mərhələyə daşınmasında xüsusi önəm kəsb etdiyini vurğulayıb.

O, bundan sonra da TÜRKPA fəaliyyətinə hərtərəfli dəstək verəcəyini qeyd edib.

Oxşar xəbərlər

Ramil Həsən TÜRKPA-nın yeni Baş katibi seçilib
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Azərbaycanlı deputat TÜRKPA-nın Baş katibi seçilib
Ramil Həsən: BMT TŞ-də təmsilçilik Qırğızıstanın sülh istiqamətində rolunu daha da artıracaq
Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər